General Şəkinskinin qaynı vəkillərindən imtina etdi: <span style="color:red;">aktivlik göstərmirlər...
02 may 2019 15:35 (UTC +04:00)

General Şəkinskinin qaynı vəkillərindən imtina etdi: aktivlik göstərmirlər...

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə F.Yusub vəkillərinin  onun müdafiəsində aktivlik göstərmədiyini deyib və hər iki vəkilindən imtina edib. O, məhkəmədən yeni vəkillə müqavilə bağlamaq üçün vaxt istəyib. 
 
Proses mayın 10-dək təxirə salınıb.
 
Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.
 
Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
 
Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub  barəsində axtarış elan olunub.
 
“İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.
 
F.Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatı təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.
 
O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.
 
Zərərçəkmiş qismində E.Şəkinski tanınır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677
avatar

Səlcuq Elçin

Oxşar yazılar