Gəncə şəhərində qətl hadisəsi törədilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 5-də Gəncə şəhərinin ərazisindən Samux rayon sakini Elgün Əsgərovun üzərində bıçaq xəsarətləri olan meyiti xəstəxanaya gətirilib. Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində Gəncə şəhər sakini Həsən Həsənov tərəfindən törədilməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.