<b>Gəncədə avtomobillə vurulan piyada öldü</b> - <span style="color:red;">YENİLƏNİB
26 sentyabr 2016 23:16 (UTC +04:00)

Gəncədə avtomobillə vurulan piyada öldü - YENİLƏNİB

0

Gəncədə yol nəqliyyat qəzasında ağır bədən xəsarətləri alana piyada ölüb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə sentyabrın 26-da, axşam saatlarında şəhərin “Poçt”qəsəbəsinə gedən yolda “VAZ2107” markalı avtomobil yolu keçmək istəyən piyada, 1958-ci il təvəllüdlü Vaqif Sadıqovu vurub.

 

Ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılan yaralıya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

***

 

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin “Poçt” qəsəbəsinə gedən yolda qeydə alınıb.

 

Hələ ki, arkası məlum olmayan avtomobil yolu keçmək istəyən 40-45 yaşlarında olan kişini vurub. Sürücü xəsarət alan piyadanı Gəncə şəhər Təcili Tibi Yardım xəstəxanasına aparıb. Kimliyi məlum olmayan piyadanın vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar