Gəncədə intihar: 3-cü mərtəbədən özünü yerə atdı - YENİLƏNİB
02 yanvar 2014 14:48 (UTC +04:00)

Gəncədə intihar: 3-cü mərtəbədən özünü yerə atdı - YENİLƏNİB

Gəncədə intihara cəhd edilib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə Gəncə sakini, 26 yaşlı Rüstəm Ayaz oğlu Hüseynov yaşadığı Üzeyir Hacıbəyov küçəsindəki 4 mərtəbəli binanın 3-cü mərtəbəsindən özünü ataraq intihar etmək istəyib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və Kəpəz rayon Polis İdarəsinə məlumat verilib və dərhal nazirliyin Gəncə Regional mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Psixoloji danışıqlar zamanı “Qaqili” ləqəbi ilə tanınan Rüstəm Hacıyev aşağı enmək üçün şərt irəli sürüb. Deyib ki, Kəpəz rayon Polis İdarəsinin Ceyhun adlı tədqiqatçı gəlməzsə, özünü atacaq.

 

Bir saatdan çox keçməsinə baxmayaraq, tələbininin yerinə yetirilmədiyini görən Rüstəm Hüseynov 3-cü mərtəbənin eyvanından özünü yerdə quraşdırılmış xilasetmə yastığının yox, 1-ci mərtəbədə yerləşən mağazanın dam örtüyünün üzərinə atıb və xəsarət alıb.

 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xəsarət almış R.Hüseynovu oradan endirərək Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparıblar. Həkimlər Rüstəm Hüseynovun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

 

Rüstəm Hüseynovun atası Ayaz Hüseynov APA TV-yə bildirib ki, Kəpəz rayon Polis İdarəsində işləyən Ceyhun adlı təhqiqatçı Rüstəmə zəng edərək telefonda söyüb. Rüstəm bu söyüşləri qəbul etməyərək tədqiqatçı ilə görüşmək istəyib. İstəyi baş tutmadığı üçün özünü eyvandan atıb.

  

Kəpəz rayon Polis İdarəsində təhqiqatçı vəzifəsində çalışan Ceyhun Musayev isə APA-ya iddiaları təkzib edib və Rüstəm Hüseynovu tanımadığını deyib.

 

İki uşaq atası olan Rüstəm Hüseynov iki dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırma aparılır.

 

***

 

Gəncədə intihara cəhd edən “Qaqili” ləqəbli Rüstəm Hüseynovun vəziyyəti normaldı. Lent.az-ın məlumatına görə, Gəncədə 3 saylı xəstəxanaya yerləşdirilən 1987-ci il təvəllüdlü R. Hüseynovun bədənində sınıqlar var. İntiharın səbəbləri bilinmir.

 

***

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncənin Kəpəz rayonunda vətəndaşın intihara cəhd məqsədi ilə yaşadığı binadan özünü atmaq istəməsi barədə məlumat daxil olub. Lent.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Gəncə Regional mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən özünü atmaq istəyir. Aparılmış psixoloji danışıqlara baxmayaraq, o özünü yerdə quraşdırılmış xilasetmə yastığının yox, 1-ci mərtəbədə yerləşən mağazanın dam örtüyünün üzərinə atıb və xəsarət alıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xəsarət almış vətəndaşı oradan endirib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:20-də başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00