"Borçalı Nadir"in kafesindən 51 min 850 manat saxta pul aşkarlandı
13 dekabr 2014 16:57 (UTC +04:00)

"Borçalı Nadir"in kafesindən 51 min 850 manat saxta pul aşkarlandı

Gəncə polisi 51 min 850 manat saxta pul aşkarlayıb. Kəpəz rayon Polis İdarəsinin rəisi Ağahüseyn Məmmədovun APA TV-nin qərb bürosuna verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində şəhərin Poçt qəsəbəsi, Aydınbəyov küçəsində şəhər sakini, bir neçə dəfə məhkumluq həyatı yaşayan, 1984-cü il təvəllüdlü Adıgözəlov Arif odlu silah gəzdirdiyi üçün şübhəli şəxs kimi saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd “Revolver” markalı silah, 4 ədəd patronu, bir ədəd giliz, 10 ədəd “Makar” markalı silaha məxsus patron götürülüb. Həmçinin Arif Adıgözəlovun şalvarının cibindən 1 qram narkotik vasitə olan heroin da aşkarlanıb.


Arif Adıgözəlov - saxlanılan şəxs
"5-6 aydır buraxılmışam. Herioni tapmışdım. İstifadə etməmişdim, etmək fikrim var idi".

Gəncə şəhər Baş Polis İdarəsinin və Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının Arif Adıgözəlovun ətrafında keçirdikləri əməliyyat tədbirləri nəticəsində onun işlədiyi və müvəqqəti yaşadığı Göygöl rayonu Quşqara kəndində  bir neçə dəfə məhkumluq həyatı yaşayan, 1965-ci il təvəllüdlü Gəncə şəhər sakini, “Borçalı Nadir” kimi tanınan Nadir Rəhimova məxsus kafedən, 900 ədəd 50 manatlıq, 40 ədəd 100 manatlıq, 136 ədəd 20 manatlıq, 13 ədəd 10 manatlıq olmaqla ümumilikdə 51 min 850 manat saxta pul və bir ədəd oyuncaq tapança aşkar edilərək götürülüb. Saxta pulların kimə məxsus olduğu hələ ki bilinmir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar