Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, dekabrın 26-da axşam Samux rayon Kolayır kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Şəhriyar Mehdiyev idarə etdiyi “Niva” markalı avtomobili ilə yolu keçmək istəyən piyada, 1955-ci il təvəllüdlü Gəncə şəhər sakini Ziba Quliyevanı vurub. Qadın aldığı müxtəlif xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.