Gəncədə 34 yaşlı kişi bıçaqlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Məhsəti qəsəbə sakini 1983-cü il təvəllüdlü Qarayev İlham İsa oğlu qarının kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. İ. Qarayevin naməlum şəxs tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.