Ağcabədidə gənc oğlan kanalda boğulub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində 17 yaşlı oğlan batıb. Ağcabədi rayonun Təzəkənd kəndində yaşayan Ağdamdan məcburi köçkün olan Yaqubov Elgün Vüqar oğlu kanalda çimərkən boğulub.
FHN-in dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb.