Yanvarın 11-də saat 05 radələrində Füzuli rayonundakı “Harami düzü” adlandırılan ərazidəki fermada güclü yanğın olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Seyidmahmudlu kənd sakini Yaşar İbişova məxsus yardımçı təsərrüfatda yanğın baş verib. Nəticədə təsərrüfatın yanar konstruksiyaları yanıb, 60 baş qoyun tələf olub.
Hadisə ilə bağlı araşdırma aparılır.