Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransa Respublikasına rəsmi səfəri başa çatıb.
Lent.az-ın məlumatına görə, səfər zamanı Müdafiə naziri Fransa Respublikasının hərbi rəhbərliyi və Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərin rəhbərləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələləri barədə müzakirələr aparıb.
Görüşlərin nəticəsi olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Naziri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma" imzalanıb.
Yanvarın 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətənə dönüb.