Sentyabrın 29-da yağan intensiv yağışlar nəticəsində Bakının Suraxanı rayonunda avtomobil yoluna yığılan yağış suları “VAZ” markalı minik avtomobilinin hərəkətini məhdudlaşdırıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə olan 1 nəfərə müvafiq köməklik göstərib. Əməliyyat saat 21:58-də başa çatıb.