<span style="color:red;">Tonqal tam sönənədək... - FHN-dən əhaliyə Novruz müraciəti
13 mart 2017 10:11 (UTC +04:00)

Tonqal tam sönənədək...- FHN-dən əhaliyə Novruz müraciəti

0

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətdə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydaları diqqətə çatdırılıb.

 

Həmin təhlükəsizlik  qaydaları aşağıdakılardır:

 

bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

 

Təhlükə zamanı 112-yə zəng edin!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 463

Oxşar yazılar