Fövqəladə Hallar Nazirliyi Neft estakadasında baş verən faciə ilə bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində N.Nərimanov adına NQÇİ-yə məxsus estekada uçub. Dərhal hadisə rayonuna FHN-nin Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib. Suda batması ehtimal olunan bir nəfərin axtarış işləri aparılıb. Axtarış-xilasetmə işləri sabah da davam etdiriləcək.