Fövqəladə Hallar Nazirliyi Bakıda 273 saylı məktəbdə olan yanğınla bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 m² olan ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb.
Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.