Fövqəladə Hallar Nazirliyi Salyanda baş vermiş və 2 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Salyan rayonu, Boranıkənd kəndində ümumi sahəsi 162 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə Novruz qızı və 2013-cü il təvəllüdlü Bəhrəmli Ceyranxatun Novruz qızının yanmış cəsədləri aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
FHN dəhşətli yanğınla bağlı məlumat yaydı
143