Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan binanın qismən uçması ilə bağlı məlumat yayıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində tikilməkdə olan 4 mərtəbəli binanın sonuncu mərtəbəsində betontökmə işləri zamanı uçqun baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunublar. İlkin məlumata görə, uçqun nəticəsində xəsarət alan olmayıb.
FHN binada uçqunla bağlı məlumat yaydı
149