Fövqəladə Hallar Nazirliyi yaşayış binasında baş vermiş yanğınla bağlı növbəti məlumatı yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 64 ədəd elektrik sayğacı və şaxta boyunca 51 p.m kabel, 2-ci mərtəbədə yerləşən uşaq bağçasında ümumi sahəsi 10 kv.m olan yardımçı tikilidə təsərrüfat əşyaları yanıb.
Yanğın zamanı binadan 30 sakin, uşaq bağçasından 50 uşaq və 10 tərbiyəçi təxliyyə olunub. Yanğın saat 10:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.