Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadınları fahişəliyə cəlb edən daha bir nəfər tutulub. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə Şabran şəhər sakini Məhbubə Almakayeva tutulub.
Araşdırmalar davam etdirilir.