Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində azərbaycanlı qadınları Dubaya aparan daha bir nəfər müəyyən edilib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhər sakini Mehriban İbrahimovanın qadınları Dubaya apararaq cinsi istismara məruz qoyması faktı müəyyən edilib.
Araşdırmalar davam etdirilir.