Yanvarın 11-də Bakı şəhərinin Qaradağ rayonu ərazisində faciəvi hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Lökbatan qəsəbəsi Nizami küçəsində yerləşən, yeni inşa olunan 9 mərtəbəli binanın damından, orada fəhlə işləyən Şəki şəhər sakini İlham Qəhrəmanov yıxılıb. İ.Qəhrəmanov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.