Evlərdən oğurluq edən şəxslər tutuldu
17 noyabr 2016 14:57 (UTC +04:00)

Evlərdən oğurluq edən şəxslər tutuldu

0

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də rayon sakini Telman Hüseynovun evindən 500 manat dəyərində elektrik kabeli oğurlamaqda şübhəli bilinən həmyerliləri Fariz Səlimov, Rəsul Səfərov və Elxan İsayev saxlanılıblar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 24-dən noyabrın 16-dək olan müddətdə rayon ərazisindəki daha 2 evdən təmir-tikinti alətləri və inşaat materialları oğurlamaları da müəyyən edilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar