Evdə güclü partlayış, bir qardaş öldü, o birisi yaralandı
27 fevral 2013 09:47 (UTC +04:00)

Evdə güclü partlayış, bir qardaş öldü, o birisi yaralandı

 

Şəki şəhərində vətəndaşa məxsus fərdi yaşayış evində partlayış baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində yanğın olmayıb. Partlayış nəticəsində ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində, 1 otağın tavanı 0,5 kv.m sahədə dağılmış, ev sakinləri 1983-cü il təvəllüdlü Məmmədov İlham Yusifkərim oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 1984-cü il təvəllüdlü Məmmədov Elman Yusifkərim oğlu isə aldığı ağır bədən xəsarətləri hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri tərəfindən xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1389
avatar

Oxşar yazılar