Bakıda oğurluq etdiyinə görə axtarışda olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 20-də, M.Ə.Rəsulzadə qəsəbəsində Arzu Nəsirova 7-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, həmin gün evində kirayənişin qalan Nərmin adlı şəxs ona məxsus 700 manat, 500 ABŞ dollar və qızıl zinət əşyalarını oğurlayıb. Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini Vəfa Zeynalova tutulub.