Ermənilər Qazax və Tovuzu atəşə tutub - YENİLƏNİB
12 iyul 2014 10:52 (UTC +04:00)

Ermənilər Qazax və Tovuzu atəşə tutub - YENİLƏNİB

0

Son sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

 

Bundan başqa Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 


Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 809

Oxşar yazılar