Azərbaycan Silahlı Qüvvələrinin bir hərbçisi şəhid olub, ikisi yaralanıb
Ermənistan Silahlı Qüvvələri tərəfindən 2013-cü ilin dekabr ayında cəbhə xəttində atəşkəs rejimi 94 dəfə pozulub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu şəhid olub, 2 hərbi qulluqçu isə yaralanıb (1-i minaya düşüb).
Dekabr ayında atəşkəsin ən çox pozulduğu ərazi cəbhənin Ağdam istiqaməti olub. Qeyd olunan istiqamətdə ermənilər atəşkəs rejimini 28 dəfə pozublar.
Qarabağ cəbhəsində atəşkəs rejimi Füzuli rayonu istiqamətində 18, Goranboy rayonu istiqamətində 17, Tərtər rayonu istiqamətində 12, Xocavənd rayonu istiqamətində 8, Cəbrayıl rayonu istiqamətində 2 dəfə pozulub.
Ermənistan-Azərbaycan dövlət sərhədində isə Qazax rayonu istiqamətində 6, Tovuz rayonu istiqamətində 1, Ağstafa rayonu istiqamətində 1, Gədəbəy rayonu istiqamətində 1 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb.