Ermənilər mövqelərimizi yenə atəşə tutublar
03 avqust 2014 01:38 (UTC +04:00)

Ermənilər mövqelərimizi yenə atəşə tutublar

0
Bu gün saat 23:30-dan başlayaraq, Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan Yusifcanlı kəndindən Azərbaycan ordusunun üzbəüz mövqelərini intensiv olaraq avtomat və pulemyotlardan atəşə tutublar.
 
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, eyni zamanda Ağdamın Ergidüzü adlanan ərazisində və rayonun işğal altında olan Başqərvənd kəndi istiqamətində də ermənilər Azərbaycan hərbiçilərinin mövqelərini iri çaplı pulemyotlardan atəşə tutublar.
 
 
Bütün hallarda Azərbaycan ordusu tərəfindən düşmənə tutarlı cavab verilib.
 
APA-nın cəbhə bölgəsində və təmas xəttində olan əməkdaşlarının verdiyi xəbərə görə, Xocavənd, Tovuz və Qazax istiqamətində vəziyyət sabitdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7786

Oxşar yazılar