Monitorinq insidentsiz ötüşməyib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatdıqdan dərhal sonra bu istiqamətdə yerləşən bölmələrimiz və monitorinq iştirakçıları düşmən tərəfindən atəşə tutulub.