Türkiyənin hakim partiyası 3 deputatını qurumdan uzaqlaşdırmaq barədə qərar qəbul edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, AKP-nin sözçüsü Hüseyin Çəlik bu barədə yaydığı yazılı açıqlamada bildirib ki, keçmiş mədəniyyət naziri, deputat Ərtoğrul Günay, həmçinin, deputatlar Ərdal Kalkan və Haluk Özdalğanın partiyadan xaric edilməsi üçün Nəzarət Təftiş Komissiyasına müraciət edilib.
Bu barədə partiyanın Mərkəzi İcra Aparatı dünən gecə qərar qəbul edib. Qərarda bildirilir ki, adı çəkilən deputatlar son günlərdə partiya qaydalarına və siyasətinə riayət etməyib.
Barəsində NTK-ya şikayət edilən deputat Ərdal Kalkan özünün “Twitter” hesabında partiyadan istefa verdiyini bəyan edib.