Əməkdar artist Zaur Əmiraslanov ilk dəfə tam fərqli bir tərzdə oxuyub. İfaçının Lent.az-a verdiyi məlumata görə, o, arabeska janrında 2014-cü ilin ilk mahnısını yazdırıb. "Nazlı yarım" mahnısı artıq sosial şəbəkələrdə təqdim edilib.
Mahnının sözləri və musiqisi Tural Bakuviyə, aranjemanı Ramal Rəsula aiddir. İfaçı bunun ilin ən çox sevilən mahnılarından olacağına əminliyini bildirib. Sənətçi mahnıya klip çəkdirməyi də düşünür.