Elnarə Tofiqqızının cinayət işini aparan müstəntiq dəyişdirildi
29 dekabr 2013 11:55 (UTC +04:00)

Elnarə Tofiqqızının cinayət işini aparan müstəntiq dəyişdirildi

Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının cinayət işi Respublika Prokurorluğunda öyrənilərək yenidən Nəsimi Rayon Prokurorluğuna qaytarılıb.

 

Bu barədə Lent.az-a mərhumun həyat yoldaşı zərərçəkən Anar Niftəliyevin vəkili hüquqşünas Səməd Vəkilov açıqlama verib.

 

Onun sözlərinə görə, Respublika Prokurorluğunun göstərişi ilə istintaqı aparan müstəntiq dəyişdirilib:

 

“Bir qədər əvvəl zərərçəkən Anar Niftəliyevin müraciəti əsasında cinayət işinin materialları öyrənilməsi üçün Respublika Prokurorluğuna göndərilmişdi. Hazırda iş Respublika Prokurorluğunun rəhbər göstərişləri ilə birlikdə Nəsimi Rayon Prokurorluğuna göndərilib. Cinayət işini aparan müstəntiq Ələkbər Rzayev səhhətində yaranan problemlərlə əlaqədar olaraq müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Hazırda Elnarə Tofiqqızının cinayət işi müstəntiq Hafiz Əliyevin icraatına verilib”.

 

Qeyd edək ki, bu həftə mərhum E.Tofiqqızının  ölümünün səbəblərini araşdıran komissiyon tibbi ekspertin rəyi açıqlanıb. S.Vəkilov vurğulayıb ki, bununla bağlı zərərçəkmiş tərəfin də ekspertlərə ünvanladığı suallar prokurorluğa təqdim olunub.

 

Xatırladaq ki, Səhiyyə Nazirliyi tibbi ekspertlərinin rəyinə görə, E. Niftəliyevanın “Medi Sina” klinikasında əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib.

 

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E. Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E. Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E. Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E. Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb.   Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

 

Fərqanə Vəkilova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 958
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21