Ədliyyə naziri Fikrət Məmmədov yanvarın 24-də Qəbələdə vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Qəbulda Oğuz, İsmayıllı və Qəbələ rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.
Vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi (telefonu: (02424) 4-34-48; 4-43-47), habelə Ədliyyə Nazirliyinin (012) 510-10-01 (əlavə 2104), 055-925-37-41, (055) 634-85-15, (055) 652-07-07 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Qəbələ Mədəniyyət Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət olunmalıdır.