Axtarışda olan 32 nəfər tutulub
09 dekabr 2017 12:26 (UTC +04:00)

Axtarışda olan 32 nəfər tutulub

0

 

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 88 cinayət faktı qeydə alınıb, onların da 10-u “isti izlər”lə açılıb.

 

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, axtarışda olduğuna görə 32 nəfər tutularaq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar