Mingəçevirdə uşağın bətndə ölməsi ananın vəziyyətinin ağırlaşmasına səbəb olub. APA-nın məlumatına görə, hadisə Mingəçevir şəhər Doğum Evində qeydə alınıb.
Oğlan övladını dünyaya gətirmək üçün xəstəxanaya yerləşdirilən Mingəçevir şəhər sakini, 1979-cu il təvəllüdlü Ocaqverdiyeva Esmira Yadulla qızının vəziyyəti doğuş zamanı qəflətən pisləşib və o, koma vəziyyətinə düşüb.
Vəziyyəti ağır olan ana reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər uşağın doğuşdan əvvəl, yəni ana bətnində öldüyünü, xəstənin yaxın qohumları isə uşağın ölümünü və ananın koma vəziyyətinə düşməsini həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.