Daxili İşlər Nazirliyi Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, martın 31-də saat 21 radələrində Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində qəsəbə sakini Şahmar Vəliyevin evində yanğın baş verib. Nəticədə evin 50 kvm. sahəsində ev əşyaları yanıb, yanğın söndürüldükdən sonra isə Ş.Vəliyevin oğlu 4 yaşlı Mətləbin yanmış meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.