Daxili İşlər Nazirliyi dünən Şamaxı rayonunda xilas edilən əcnəbi turistlərlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 3-də saat 11 radələrində Şamaxı rayonunun Pirbəhli kəndinin dağlıq ərazisində Rusiya Federasiyası vətəndaşları olan turistlər - Yuriy Sıvarnik və Olqa Juravlyova havanın yağışlı olması və dağ yolunun yararsız hala düşməsi ilə əlaqədar idarə etdikləri “Nissan Patrol” markalı avtomobildə köməksiz vəziyyətdə qalıblar.
Şamaxı RPŞ və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dağlıq ərazidə onların yeri müəyyən edilərək xilas ediliblər və Bakı şəhərinə yola salınıblar.