Daxili İşlər Nazirliyi Sabirabadda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 7-də saat 9 radələrində Sabirabad rayonunun Şəhriyar kəndindəki pambıq sahəsinə işləməyə gedən kənd sakini Əjdər İmanovun idarə etdiyi “Belarus-892” markalı traktorun qoşqusu ayrılaraq Şorsu kanalının kollektoruna aşıb. Nəticədə qoşquda olan arvadı Məlahət İmanova, qohumları Günay Qasımova, Xəyalə Həsənova, Elnarə Məlikova, onun qızları Zəhra və Fatma suda boğulublar.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.