Daxili İşlər Nazirliyi Bakıda baş vermiş intihara cəhdlə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 28-də saat 17.40 radələrində paytaxtın Qaraçuxur qəsəbəsindəki 15 saylı evin qarşısında Yeni Günəşli qəsəbəsində kirayədə yaşayan Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Soltan oğlu Ələkbərov sərxoş halda üstünə benzin tökərək özünü yandırıb.
5 saylı şəhər xəstəxanasına yerləşdirilmiş A. Ələkbərovun vəziyyəti orta-ağırdır. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırmalar aparılır.