Daxili İşlər Nazirliyi yanvarın 25-də saat 16 radələrində Nərimanov rayonu A.Nemətulla küçəsi ev 68/27-də sökülməkdə olan binanın bir hissəsi uçaraq yolun hərəkət hissəsinə tökülməsi barədə məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı həmin ərazidə hərəkətdə olan Abşeron rayon sakini Mehman Məhərrəmovun idarə etdiyi “Ford”, Bakı şəhər sakinləri Kamran Hüseynlinin idarə etdiyi “Opel”, Məftun Süleymanovun idarə etdiyi “Hyundai”, Sahib Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomobillər əzilib, “Mitsubshi” markalı avtomobili idarə edən Cavid Bayramlı və sərnişini Asiman Əkbərov hadisə yerində ölüb.
Nərimanov rayon prokurorluğu tərəfindən araşdırma aparılır.