Daxili İşlər Nazirliyi Bakıda özünü körpüdən atan şəxslə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də saat 02.00 radələrində Sabunçu rayonu H.Əliyev prospektindəki körpüdən 25-30 yaşlı kişi özünü atıb. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Araşdırmalar nəticəsində yanvarın 5-də Sabunçu rayonu H.Əliyev prospektindəki körpüdən özünü atan şəxsin Bakı şəhər sakini, ruhi xəstə Rəfayel Hümbətov olması müəyyən edilib.