Daxili İşlər Nazirliyi Bakıda idman kompleksində baş verən partlayışla bağlı məlumat yayıb. Lent.az-ın DİN-in rəsmi saytına istinadən xəbərinə görə, dekabrın 27-də saat 19 radələrində Biləcəri qəsəbəsinin ərazisində yerləşən “Lokomotiv” İdman Kompleksinin qazanxanasında təmir işləri aparılarkən təbii qazın sızmasından partlayış baş verib. Nəticədə qazanxananın tavanı uçub, orada təmir işləri aparan Şahvələd Məmmədov hadisə yerində ölüb.
Xəsarət alan Elvin Qurbanov isə xəstəxanaya yerləşdirilib.