Tovuzda 16 yaşlı oğlan dərmandan zəhərlənib
Tovuzda dərman zəhərlənməsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Öysüzlü kənd sakini, 2002-ci il təvəllüdlü Eşqin Məhərrəmov dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. E. Məhərrəmovun hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.