Rusiyanın Tümen vilayətində baş verən yanğında yeddi nəfər ölüb.
APA-nın məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsindən bildirilib ki, noyabrın 19-a keçən gecə Quşçuluq Fabrikinin tikinti meydançasında yaşayış köşkündə yanğın baş verib.
Yanğınsöndürənlər yanğının qarşısını 7 dəqiqə ərzində alsalar da, yeddi nəfər yanaraq ölüb.
Tüstüdən zəhərlənmiş üç nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.