Yanvarın 23-də saat 17 radələrində Sabirabad rayonunda yanğın hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaralı kənd sakini Əhməd Məlikova məxsus 1 otaqlı evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar tamamilə yanb.
Yanğın söndürüldükdən sonra Ə.Məlikovun yanmış meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün Bakının Nərimanov rayonunda da ölümlə nəticələnən yanğın hadisəsi baş verib.