Daha bir jurnalistin evini yardılar - <span style="color:red;">Bakıda
10 oktyabr 2016 13:18 (UTC +04:00)

Daha bir jurnalistin evini yardılar - Bakıda

 

Bakıda yarışma proqramını aparan jurnalistin evini yarıblar.

Lent.az-ın məlumatına görə, AzTV-də efirə gedən “Parlaq zəka” verilişinin aparıcısı və layihə rəhbəri, jurnalist Aydın Piriyevin  evi yarılıb.

A.Piriyev dünən gecə saat 00:12-də sosial şəbəkə vasitəsil bildirib ki, Yasamal rayonunda yerləşən evini naməlum şəxslər qarət edib:

“Evə gəldik, gördük ki, evi yarıblar. Ehtiyatlı olun, dostlar”-deyə yazıb.

Zərərçəkmiş jurnalist evindən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlandığını söyləyib .Oğrular mənzilə pəncərəni sındırıraq daxil olublar.

Jurnalist Aydın Piriyevin müraciəti əsasında faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184

Oxşar yazılar