Cəlilabadda iki yük maşını toqquşub
26 iyul 2014 12:11 (UTC +04:00)

Cəlilabadda iki yük maşını toqquşub

0

 

Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.


 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 147-ci kilometrliyində, yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Oğuz rayon sakini Şəmistan Səlimovun idarə etdiyi "SHACMAN" markalı yük avtomobili Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən hərəkət edən Lənkəran rayon sakini  Elşad Kərimovun idarə etdiyi " KamAZ" marakalı  yük maşınına çırpılıb.  Güclü zərbədən “SHACMAN”ın qarşı tərəfi deformasiyaya uğradığından  xəsarət almış  sürücünü  sükan arxasından  çətinliklə çıxarmaq mümkün olub. O, dərhal təcili tibbi yardım maşını ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada Ş.Səlimova lazımi tibbi yardım göstərilib. Onun vəziyyəti orta-ağır sayılır.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 800

Oxşar yazılar