BMW səkiyə çırpıldı, yaralı var
25 may 2017 22:57 (UTC +04:00)

BMW səkiyə çırpıldı, yaralı var

Gəncədə avtomobil səkiyə çırpılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “BMW” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı səki çırpılıb. Qəza zamanı avtomobildə olan bir nəfər xəsarət alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262
avatar

Oxşar yazılar