Bir ovuc yetər!
12 avqust 2013 15:40 (UTC +04:00)

Bir ovuc yetər!

Yaponiyanın “Fujitsu Ltd.” korporasiyası insanın ovcundakı qan damarlarının şəklinə görə onun identifikasiyası texnologiyasını hazırlayıb.

 

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şirkətin mütəxəssisləri müəyyənləşdiriblər ki, xüsusi infraqırmızı qurğunun köməkliyi ilə öncədən skanerdən çıxarılmış damarların şəklini unikal 2048 bitlik koda çevirmək olar.

 

Araşdırmalar zamanı məlum olub ki, eyni insan ovcunun növbəti skanı zamanı da eyni kod alınır. “Fujitsu” korporasiyasının istehsalçılar qrupunun nümayəndəsi Takasi Sindzaki deyib ki, 2015-ci ilədək sözügedən texnologiyanı bazara çıxarmağı planlaşdırırlar.  Şirkətdə hesab edirlər ki, bu metoddan  nağdsız alış-veriş ödənişində, internetdə istifadəçilərin qeydiyyatdan keçməsində səmərəli istifadə etmək mümkün olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397
avatar

Oxşar yazılar