Yasamalda tam təmirli mənzillər güzəştli kredit şərtləri ilə satışa çıxdı
16 oktyabr 2026 15:03 (UTC +04:00)

Yasamalda tam təmirli mənzillər güzəştli kredit şərtləri ilə satışa çıxdı

0

Park Yasamalda hazır və tikintisi davam edən mənzillər: hansı seçimlər var?

Bakının Yasamal rayonunda yerləşən Park Yasamal yaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır. Kompleksdə həm köçməyə hazır, tam təmirli mənzillər, həm də tikintisi davam edən binalarda mənzil seçmək mümkündür. 2 otaqlı studiyalardan 4 otaqlı mənzillərə qədər geniş seçim, eləcə də şəxsi bağçalı və terraslı mənzil variantları alıcılara ehtiyaclarına uyğun qərar vermək imkanı yaradır.

Yeni mənzilinə daha qısa müddətdə köçməyi planlaşdıranlar üçün Park Yasamalda hazır, tam təmirli mənzillər mövcuddur. Təkliflər arasında sahəsi 48,24 kv.m-dən başlayan bağçalı və terraslı mənzillər, eləcə də 2, 3 və 4 otaqlı müxtəlif planlaşdırma variantları yer alır.

Mənzillərin təmirində HARO parketləri, GEWISS elektrik açarları, Prysmian yanmayan kabelləri, Zambaiti Parati divar kağızları, GROHE hamam aksesuarları və Infinity keramoqranitləri kimi Avropa brendlərinin məhsullarından istifadə olunur.

Park Yasamalda yalnız hazır mənzillər deyil, tikintisi davam edən binalarda da müxtəlif variantlar təklif olunur. Hazırda 66,45 kv.m sahəli 2 otaqlı, 65,71–74,47 kv.m sahəli 3 otaqlı studiya, 89,02–100,14 kv.m sahəli 3 otaqlı və 111,68 kv.m sahəli 4 otaqlı mənzillər satışdadır.

Kompleks Yasamal rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin və Bayraq parkının yaxınlığında yerləşir. Ərazidə məktəb, uşaq bağçası, klinika, fitnes mərkəzi və müxtəlif təyinatlı ticarət obyektləri kimi gündəlik ehtiyacları qarşılayan məkanlar da nəzərdə tutulub.

Mənzil almaq üçün fərqli ödəniş imkanları

Park Yasamalda mənzil sahibi olmaq istəyənlər üçün 20 ilədək ipoteka, 60 ayadək güzəştli kredit və “Kristal”ın “Evini hissə-hissə al” modeli kimi seçimlər mövcuddur. Hissəli alış modeli ilə mənzilin sahəsini mərhələli şəkildə, faiz və aylıq ödəniş öhdəliyi olmadan əldə etmək mümkündür. Həmçinin, hazırda illik 8%-dən başlayan faiz dərəcəsi ilə güzəştli kredit imkanları da qüvvədədir.

Park Yasamalda hazır və tikintisi davam edən mənzillər, sahələri, qiymətləri və satış şərtləri barədə ətraflı məlumat almaq üçün “Kristal”ın satış ofisinə yaxınlaşa və ya *1544 qısa nömrəsinə zəng edə bilərsən.

Ünvan:Yasamal rayonu, Kamil Rəhimli küçəsi

Ətraflı:*1544
kristal.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar