“Toyota” 2030-cu ilədək “Arene” proqram platformasını hər il 10 milyon yeni avtomobildə tətbiq etməyi planlaşdırır.
Lent.az xəbər verir ki, platforma avtomobillərin proqram təminatını internet üzərindən yeniləməyə, təhlükəsizlik və sürücüyə yardım funksiyalarını təkmilləşdirməyə imkan verir.
Bu yanaşma bəzi yeniliklərin tətbiqi üçün avtomobili servisə aparmaq ehtiyacını azalda bilər.