Azərbaycanlı reperi 5 il həbs  cəzası gözləyir
16 oktyabr 2026 14:26 (UTC +04:00)

Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir

0

Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığı şübhəsi ilə həbs edilən məşhur azərbaycanlı reper Navai (Nəvai Bəkirov) 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vəkil Valeri Panasyuk açıqlamasında bildirib.

Vəkilin sözlərinə görə, musiqiçinin barəsində Qazaxıstan Cinayət Məcəlləsinin 286-cı maddəsi ilə cinayət işi başlanılıb. Onu hansı cəzanın gözlədiyi əməlin hüquqi tövsifindən və istintaq zamanı müəyyən ediləcək hallardan asılı olacaq.

Panasyuk bildirib ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyi sübuta yetirilərsə, reperin əməli həmin maddənin üçüncü hissəsi ilə tövsif oluna bilər. Bu halda onu əmlakı müsadirə edilməklə 10 ildən 15 ilədək həbs cəzası gözləyir.

Lakin yayılan məlumatlara görə, Navai saxlanılarkən aşkar edilən narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını bildirib.

“Buna görə də onun əməlinin böyük ehtimalla Qazaxıstan Cinayət Məcəlləsinin 286-cı maddəsinin birinci hissəsi ilə tövsif olunacağı gözlənilir. Bu halda cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”, – deyə vəkil izah edib.

Qeyd edək ki, reper oktyabrın 14-də Qazaxıstan sərhədində “Mercedes” markalı avtomobilə baxış keçirilərkən saxlanılıb. Avtomobildə onunla birlikdə konsert direktoru Rauf Həsənov və avtomobili icarəyə götürən Xalmurad Manapov da olub.

Xidməti itin köməyi ilə avtomobildə narkotik vasitə aşkarlanıb.

Rusiya KİV-in məlumatına görə, musiqiçi narkotik vasitələri Bişkekdə aldığını etiraf edib.

Hazırda Navai barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, narkotik vasitələrin qanunsuz saxlanılması və qaçaqmalçılığında şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar